“Çelsi”nin baş məşqçisi Antonio Konte gələn mövsüm İtaliyaya qayıda bilər.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “İnter” rəhbərliyi 47 yaşlı mütəxəssisi komandada görmək istəyir.
Klubun çinli sahibinin Konteyə illik 15 milyon avro maaş, üstəlik güclü komanda formalaşdırmaq üçün 400 milyon avro dəyərində transfer büdcəsi ayıracağı qeyd edilib.
Kontenin dünən keçirilən “Yuventus” - “İnter” oyununu (1:0) stadiondan izləməsi onun İtaliyaya qayıtmaq ehtimalını artırır.
Qeyd edək ki, Kontenin çalışdırdığı “Çelsi” İngiltərə Premyer Liqasında 24 turdan sonra 59 xalla liderdir.