“Yuventus” klubunun sol cinah müdafiəçisi Aleks Sandro “Çelsi”nin maraq dairəsinə düşüb.
Teleqraf.com xəbər verir ki, London təmsilçisi 26 yaşlı braziliyalını mövsümün sonunda heyətinə qatmağı planlaşdırır.
“Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya A seriyasında Sandoronun “İnter”ə qarşı oyununu stadiondan izləyib.
Futbolçu 2015-ci ildə “Portu”dan 26 milyon avroya “Yuventus”a transfer olunub. Sandro ilə komanda arasında 2020-ci ilədək müqavilə imzalanıb. Hazırda braziliyalının transfer qiyməti 45 milyon avro dəyərləndirilir.
Cari mövsüm İtaliya çempionatında 20 oyunda meydana çıxan Sandro 1 qol vurub və 5 məhsuldar ötürmə edib.