13 Fevral 2017 08:05
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın “Alaves”ə qalib gəldiyi oyunda (6:0) Luis Suares 2 dəfə fərqlənib.

Teleqraf.com xəbər verir ki, bununla da Suares “Barselona”da vurduğu qolların sayını 109-a çatdırıb. O, bu göstəricidə komandanın hazırkı baş məşqçisi Luis Enrikəyə çatıb.

Onlar qol sayına görə 13-cü pillədə qərarlaşıblar. “Barselona” tarixində ən çox qol vuran futbolçu isə Lionel Messidi. Onun hesabında 485 qol var.

Suares “Barselona”da 2014-cü ildən çıxış edir. O, bu mövsüm 19 oyunda 18 qol vurub, 7 qol ötürməsi edib.


Müəllif: