Son iki ildə dünyanın ən yaxşı qadın futbolçusu seçilən Karli Lloyd karyerasını “Mançester Siti”nin qadınlardan ibarət komandasında davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi komandanın şərəfini qoruyacaq. Lloyd mövsümün sonunda doğma klubu “Hyuston Daş”a qayıdacaq.
ABŞ-ın qadınlardan ibarət millisinin üzvü olan Karli, yığmanın heyətində 2 dəfə olimpiya, 1 dəfə isə dünya çempionu olub. O, son iki ildə FİFA-nın versiyasına görə ilin ən yaxşı qadın futbolçusu seçilib.