23 Fevral 2017 22:28
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada MMA üzrə keçirilən “Fights Night Global 59” əlbəyaxa döyüşündə Azərbaycan idmançısı qalib gəlib.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, Moskva vilayətinin Ximki şəhərində yerləşən arenada keçirilən döyüşdə rinqə çıxan azərbaycanlı idmançı, Qəbələ İdman Klubunun üzvü, MMA üzrə dünya və Asiya çempionu Nəriman Abbasov rusiyalı rəqibi Artur Zaynukovla qarşılaşıb.

Üç raundan ibarət görüşdə Qəbələ İdman klubunun üzvü Nəriman Abbasov rinqdə rusiyalı idmançını tam xal üstünlüyü ilə məğlub edərək yarışın qalibi olub.
Nəriman Abbasov döyüşün çox ağır keçdiyini bildirib: "Bu görüş mənim üçün çox önəmli idi. Tam xal üstünlüyü ilə qələbə qazandım. Bu görüşdə qələbə qazanmağım mənim bundan sonra titullu görüşlərdə iştirakıma yol açdı. İlk öncə məşqçim, Şəhriyar Abbasova, komandamızın kapitanı Bəztiyar Abbasova təşəkkürümü bildirmək istəyirəm".

N.Abbasov Qəbələ İdman Klubunun prezidenti Taleh Heydərova onlara verdiyi dəstəyə görə təşəkkürünü bildirib.


Müəllif: