Azərbaycan milli komandasının Qətər yığması ilə oyununu izləmək üçün Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionuna gələn soydaşlarımız xoşagəlməz halla üzləşib.
Teleqraf.com-un AFFA-nın "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, azərbaycanlı futbolçuları dəstəkləmək istəyən azarkeşlər stadiona buraxılmayıblar.
Səbəb kimi oyunun ictimaiyyətə tam qapalı olaraq keçirilməsi bildirilib.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş Azərbaycan milli komandasının 2017-ci ildə keçirdiyi ilk oyundur.