14 Mart 2017 13:10
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi”nin baş məşqçisi Antonio Konte “Mançester Yunayted”in futbolçularından narazılığını bildirib.

Qol.az-ın London klubunun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı şeytanlar”a ölkə kubokunun 1/4 final matçında qalib gəldikləri matçdan (1:0) sonra o rəqib oyunçuları kobud oynamaqda təqsirləndirib:

“Məncə, bizim hamımızın əsas vəzifəsi futbol oynamaq olmalıdır. İlk 25 dəqiqədə Azar bunu edə bilmirdi. Çünki rəqib futbolçular daim onun ayağına zərbə endirirdilər. Mən dəli deyiləm və bu epizodları görən tək insan da deyiləm. O, matçın ilk dəqiqəsindən düz axırına qədər ayağından zərbələr alırdı. Heç kim deyə bilməz ki, belə şey olmayıb. Əgər sən meydana rəqibin ayağına vurmağa çıxırsansa, daha heç bir taktikadan söhbət gedə bilməz. Bu, futbol deyil”.


Müəllif:

Oxşar xəbərlər