“Qəbələ” komandasının futbolçusu Sergey Zenyov yenidən Estoniya yığmasına dəvət alıb.
Teleqraf.com xəbər verir ki, baş məşqçi Martin Reymin qarşıdakı oyunlara çağırdığı 23 futbolçu arasında 28 yaşlı hücumçu da yer alıb.
Estoniya yığması martın 25-də 2018-ci il dünya çempionatının seçmə qrup matçında Kipr millisinin qonağı olacaq. Martın 28-də isə evdə Xorvatiya ilə yoldaşlıq görüşü nəzərdə tutulub.
Qeyd edək ki, 2015-ci ilin yayından “Qəbələ”də çıxış edən Sergey Zenyov Estoniya yığmasının heyətində 50 oyun keçirib və 9 qola imza atıb.