Millətlər liqasının püşkatmasında Rusiay millisi ilə Ukrayna yığması eyni qrupa düşməyəcək.
Bu barədə UEFA-dan məlumat verilib. Bu qərar həm də Azərbaycan ilə Ermənistan milliləri üçün keçərlidir.
Əmsallar cədvəlinə görə, bu millilərin eyni qrupa düşməsi mümkündür. Lakin bu halın qarşısı alınacaq və eyni qruplarda mübarizə aparmayacaqlar.
Qeyd edək ki, Əmsallar cədvəli əsasında tərtib olunmuş həmin siyahıya əsasən, Azərbaycan millisi C Liqasına düşüb.
A və B liqalarına hərəyə 12, C Liqasına 15, D Liqasına isə 16 komanda düşüb. Liqaların yekun tərkibi DÇ-2018-in təsnifat mərhələsi yekunlaşdıqdan sonra - 2017-ci il noyabrın 15-də açıqlanacaq. Həmin vaxtadək Azərbaycan UEFA reytinqində ən azı 2 pillə yüksəlsə, B Liqasına düşəcək. Bunun üçün DÇ-2018-in seçmə qrup mərhələsindəki qalan 5 oyunda yüksək nəticələr göstərmək lazımdır.