5 Aprel 2017 08:04
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın "Latsio" klubu futbol üzrə ölkə kubokunun final mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, yarımfinal oyununun cavab matçında səfərdə "Roma"nın qonağı olan komanda 2:3 hesabı ilə uduzsa da, iki matçın nəticəsinə görə turnirin finalına çıxa bilib.

Qalib komandanın heyətində Stefan əl-Şaaravi (43-cü dəqiqə) və Məhəmməd Salah (66, 90) fərqlənib. Qonaqların qollarını Sergey Milinkoviç-Saviç (37) və Çiro İmmobile (56) vurub.

Komandalar arasında ilk oyun "Latsio"nun 2:0 hesablı qələbəsi ilə bitib. Roma komandası turnirin iyunun 2-də keçiriləcək final matçında "Napoli" – "Yuventus" cütünün qalibi ilə qarşılaşacaq.


Müəllif:

Oxşar xəbərlər