UEFA Avropa Liqasının 1/4 final mərhələsində keçirilən “Lion” - “Beşiktaş” ilk oyunu ilə (2:1) bağlı qərarlarını açıqlayıb.
Teleqraf.com qurumun saytına istinadən xəbər verir ki, hər iki klub 100 min avro məbləğində cərimələnib.
Bundan başqa hər iki komanda şərti olaraq 1 mövsüm avrokuboklardan uzaqlaşdırılıb. Əgər qarşıdakı iki il ərzində hər iki komandanın oyunlarında oxşar hadisə təkrarlansa, qərar qüvvəyə minəcək.
Qeyd edək ki, “Lion” - “Beşiktaş” oyunundan öncə yerli və qonaq komandanın azarkeşləri arasında dava olub. Buna görə matç təxminən 50 dəqiqə gec başlayıb.