28 Aprel 2017 08:35
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard doğma komandasına qayıdır.

Teleqraf.com xəbər verir ki, Cerrard növbəti mövsümdən “qırmızılar”ın U-18 komandasının “sükanı arxasına” keçəcək.

O, yerli mətbuata açıqlamasında bu addımı “Liverpul”un baş məşqçisi Yurgen Kloppun məsləhətilə atdığını deyib:

“Yurgen mənə “Həyatda bir çox səhv edəcəksən, bunlardan çox şey öyrənəcəksən. İndi fəaliyyətə başla və böyü. Bunu kameralardan uzaq şəkildə həyata keçirəcəksən” dedi”.

Xatırladaq ki, Cerrard 1998-2015-ci illər aralığında “Liverpul”un şərəfini qoruyub.

/komanda.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər