Teleqraf.com xəbər verir ki, o, bunu Rusiyanı xoşlamaması ilə əsaslandırıb. Elvis Merzlikin qeyd edib ki, liqada oynayan komandaları tanımır və nəticələrlə maraqlanmır. Onun sözlərinə görə, Rusiyada cəmi bir dəfə – 2016-cı ilin Dünya Çempionatı vaxtı olub və bu ölkə ona yaxşı təsir bağışlamayıb.
“Rusiya klublarından təklif sonuncu dəfə ötənilki dünya çempionatı zamanı gəlmişdi, ancaq mənim Rusiyadan və KHL-dən xoşum gəlmir. Mən hətta, sizin liqanın oyunlarını izləmirəm, orda hansı komandaların olduğunu bilmirəm. Rusiyada cəmi bir dəfə – ötən il Moskvada olmuşam. Bəlkə də, digər şəhərlər çox yaxşıdır, – bunu söyləmək çətindir. Ancaq mənim ilk təəssüratlarım yüksək deyil”, - deyə xokkeyçi bildirib.
Qeyd edək ki, 23 yaşlı E.Merzlikin hazırda İsveçrənin “Luqano” klubunda çıxış edir. Bu gün axşam Rusiya və Latviya xokkey yığmaları arasında oyun keçiriləcək. Qarşılaşma Kölndə baş tutacaq. Kontinental Xokkey Liqası Rusiya, Belarus, Qazaxıstan, Çin, Latviya, Slovakiya və Finlandiyanın 28 xokkey klubunu özündə birləşdirir.
Səxavət