24 Aprel 2014 14:31
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib. 4 ildir ki, bu klubda çalışan Süleymanov “Rəvan”la bu gün keçiriləcək kubok oyunundan öncə istefa ərizəsini prezident Sadıq Sadıqova təqdim edib.

Teleqraf.com futbol11.az-a istinadən xəbər verir ki, bunu Süleymanovun özü də təsdiqləyib:

“Bəli, mən istefa ərizəmi yazmışam. Artıq həmin ərizəni klub prezidenti Sadıq Sadıqova təqdim etmişəm. Məsələ burasındadır ki, mənə görə köklü tarixi olan “Neftçi” klubuna ziyan dəyməsini istəmirəm. Mənə verilən 20 min manat cəriməni ödəməyə imkanım yoxdur, imkanım olsa belə ödəmərəm. Çünki həmin qərarın kökündə qərəz var. Mən bütün bunları əsas gətirib, ərizəmi klub prezidentinə təqdim etdim. Mən həmişə olduğu kimi, klubun mənafeyini nəzərə alıb, bu addımı atdım. Sadə vətəndaş kimi gedib, “Rəvan” – “Neftçi” matçını izləyə bilərəm”.

Xatırladaq ki, Tahir Süleymanov buna qədər bir neçə dəfə istefa ərizəsi yazıb. Amma hər dəfə onun ərizəsi klub prezidenti tərəfindən qəbul edilməyib.


Müəllif:

Oxşar xəbərlər