18 İyul 2017 22:50
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Teleqraf.com xəbər verir ki, “Qarabağ” səfərdə “Samtredia” ilə qarşılaşıb.

Oyun Tiflisdə Boris Payçadze adına “Dinamo Arena” keçirilib.

Qarşılaşmanın 22-ci dəqiqəsində də "Qarabağ"ın oyunçusu Donald Gerye hesabı açıb. Bu, oyunda vurulan yeganə qol olub.

Bakıda keçirilən ilk oyunda 5-0 hesabı ilə inamlı qələbə qazanan Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.


Müəllif: Teleqraf.com