Teleqraf.com xəbər verir ki, turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxıb.
Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”unun qonağı olub. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən qarşılaşmada "Qəbələ" minimal hesabla məğlub olub.
Oyunda yeganə qol penaltidən vurulub.
Avropa Liqası. III təsnifat mərhələsi, ilk oyun
27 iyul
22:30. “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) 1:0
Molins, 37-p.
Baş hakim: Xuan Martinez Munuera (İspaniya)
Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)
Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)
Afina. “Apostolos Nikolaidis” stadionu