31 İyul 2017 09:38
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin və "Kəpəz"in sabiq futbolçusu həbs olunub.

Faiq Cabbarovu polis onunla bağlı çoxsaylı şikayət ərizələrindən sonra həbs edib. Cabbarov bir neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunur. Bu barədə "Futbol+" qəzeti məlumat yayıb.

Xatırladaq ki, bir müddət əvvəl Cabbarovun ölüm xəbəri yayılmışdı. Sonradan məlum olmuşdu ki, veteran futbolçu sağdır və Samuxdakı fermaların birində çalışır. Onun normal həyata qayıdacağı, "Kəpəz"də məşqçilik edəcəyi deyilirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər