Türkiyə atletizm tarixinin ilk dünya çempionu Ramil Quliyev Berlindəki ISTAF Oyunlarında kişilər arasında 100 metr məsafəyə qaçışda ikinci yeri tutub.
Teleqraf.com xəbər verir ki, o, qeyd olunan məsafəni 10.09 saniyəyə qət edib.
Birinci yeri isə 9,91 saniyə ilə yamaykalı Culian Forte tutub. Britanyalı Adam Gemili 10.10 saniyə ilə üçüncü yerlə kifayətlənib.