UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində İspaniyada keçirilən "Atletiko” - "Qarabağ” oyununun ən yaxşısı seçilən Miçel ilə bağlı qurumun saytında maraqlı məlumat yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, məlumatda Miçelin illər əvvəl İspaniyanın “Xetafe” klubunun heyətində “Atletiko”ya qarşı oynadığı və qol vurduğu bildirilib.
Qarşılaşmanın 49-cu dəqiqəsində Miçel baş zərbəsi ilə özünün 1-ci, komandasının isə 2-ci qolunu vurub. Matç “Xetafe”nin 3-2 hesablı qələbəsi ilə başa çatıb.
Həmin vaxt Madrid “Atletiko”sunun heyətində türkiyəli futbolçu Arda Turan da olub.
Həmin videonu təqdim edirik: