“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyun üçün nəzərdə tutulan 67200 biletin 50 faizindən çoxu satılıb.
Teleqraf.com xәbәr verir ki, bu barәdә Ağdam təmsilçisinin rəsmi Feysbuk səhifəsində mәlumat paylaşılıb.
Məlumata əsasәn, artıq 45 min bilet azarkeşlər tərəfindən alınıb.
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.