25 Aprel 2014 13:56
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Premyer Liqasında mübarizə aparan “Şaxtyor”un baş məşqçisi Mirça Luçesku Türkiyəyə qayıtmağı barədə danışıb.

Teleqraf.com xəbər verir ki, rumıniyalı mütəxəssis açıq şəkildə Türkiyəyə qayıtmaq istəyini dilə gətirib:
“Onların prezidentində mənim telefon nömrəm var. İstəsə, istənilən an zəng edə bilər. Amma hələlik onlardan heç bir konkret təklif almamışam.

Bu barədə açıqlama vermək istəmirəm. Amma futbolda hər şey mümkündür. Ola bilsin ki, “Qalatasaray”a qayıtdım”.

Luçesku 2000-2002-ci illər arası "Cim Bom"u çalışdırıb.

Aygün İlqarqızı


Müəllif:

Oxşar xəbərlər