“İnter”in dünən axşam saxlanılan futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidov bu gün sərbəst buraxılıblar.
Teleqraf.com "Qol.az"a istinadla xəbər verir ki, onların oyun alqı-satqısında iştirakı rəsmən sübuta yetirilməyib. Futbolçuları konkret hansı hüquq-mühafizə orqanının saxlaması barədə məlumat yoxdur. Ümumiyyətlə, bu gün Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri onlarda sözügedən oyunçuların saxlanılmasına dair məlumat olmadığını bildirmişdi.
Qeyd edək ki, bu gün “Keşlə” klubunun rəsmi saytı məlumat yayıb ki, N.Hacıyev və M.Hüseynov Topaz Premyer Liqasının son 5-6 matçında danışılmış oyunlarda iştirak etdiklərinə dair şübhələrin olmasına görə onlarla imzalanmış müqaviləyə rəsmən xitam verilib. Bundan başqa, “Keşlə” rəsmiləri də bu məlumatı təsdiqləyib.