Fransanın "France Football" jurnalı 2017-ci ilin yekununa görə "Qızıl top"un sahibini elan edib.
Teleqraf.com xəbər verir ki, ilin ən yaxşı futbolçusu mükafatı "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya verilib.
O, "Qızıl top" uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.
Ronaldu "Qızıl topu" karyerası ərzində beşinci dəfə qazanıb.