23 Dekabr 2017 10:40
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İspaniya La Liqasında 17-ci turun növbəti oyunları baş tutacaq.

Teleqraf.com xəbər verir ki, turun ən maraqlı və gözlənilən oyunu Madriddə keçiriləcək.

İlin son “El-Klassiko”su Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Qeyd edək ki, “Barselona” 41 xalla turnir cədvəlinin lideridir. “Real” isə 31 xalla 4-cüdür.


Müəllif: Samir