3 Yanvar 2018 08:27
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin ən yaxşı ərəb futbolçusu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, Misir yığmasının və İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Məhəmməd Salah ötən ilin ən yaxşı ərəb futbolçusu seçilib.

İkinci və üçüncü yerləri Suriya yığmasının Səudiyyə Ərəbistanı çempionatında çıxış edən futbolçuları – Ömər Xribin (“Əl-Hilal”) və Ömər Əl-Soma (“Əl-Əhli”) tutub.

Qeyd edək ki, Salah həm də 2017-ci ilin Afrika üzrə ən yaxşı futbolçusu seçilə bilər. Bu nominasiya üzrə qaliblər yanvarın 4-də açıqlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər