Güney Azərbaycanın “Traxtur” klubu yeni baş məşqçi ilə razılaşıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, türkiyəli mütəxəssis Ərtoğrul Sağlam bu gün klubla razılaşma imzalamaq üçün İrana gedəcək.
Məlumatlara görə, Sağlam Azərbaycan klubunu 11 qarşılaşmada meydana çıxaracaq.
Qeyd edək ki, hazırda “Traxtur” klubu İran liqasında 11-ci yerdə qərarlaşıb.