"Atletiko Madrid" klubunun baş məşqçisi Diyeqo Simeone İspaniya Kubokunun ¼ finalı çərçivəsində "Sevilya" ilə keçirilən cavab görüşünün (1:3) yekunu üzrə 3 oyunluq cəzalandırılıb.
Teleqraf.com xəbər verir ki, hakim Xuan Munuera matç zamanı Simeoneni tribunaya göndərib.
Madrid komandasının baş məşqçisi buna görə 1 oyunluq cəza alıb. Bundan əlavə, argentinalı mütəxəssis hakimi istehza ilə alqışladığına görə daha 2 oyun buraxmalı olacaq.
Cəza yalnız İspaniya Kuboku matçlarında qüvvədə olacaq. "Atletiko" turnirdə çıxışını başa vurduğu üçün isə baş məşqçi cəzasını gələn mövsüm çəkəcək.