Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Teleqraf.com x'b'r verir ki, “Qarabağ” və “Qəbələ” komandaları üz-üzə gəliblər. Oyunda hesab açılmayıb.
Bununla da xallarının sayını 38-ə çatdıran “Qarabağ” “Qəbələ” ilə 6 xallıq fərqi qoruyub.
Bu gün keçirilən “Zirə”-“Sumqayıt” oyununda da qalib müəyyənləşməyib - 1:1.
Hazırda turnir cədvəlinə 38 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 32 xalla ikinci, “Zirə” 31 xalla üçüncü yerdə qərarlaşıb.