8 Avqust 2014 11:31
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oyundan razıyam. Hamı necə oynadığımızı gördü. Uşaqlar yaxşı çıxış etdilər. Meydanda əsl mübarizə gedirdi. Amma uğur komandamızın tərəfində idi. Bu yaxşı nəticədi"

Teleqraf.com idmanxeber.com-a istinadən xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev "Neftçi"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı səfər oyununu şərh edərkən deyib.

Qurum başçısı daha sonra "Qarabağ"dan danışıb:

"Ötən gün "Qarabağ"ın da səfər oyununu canlı izlədim və matçdan sonra paltardəyişmə otağına gedərək onlarla söhbət etdim. Komandaya uğurlar arzuladım. Onların rəqibi çox güclü idi".


Müəllif:

Oxşar xəbərlər