Xorvatiya 3-cü Futbol Ligası komandalarından “Marsonia”nın oyunçusu Bruno Boban oyun zamanı həyatını itirib.
Teleqraf.com xəbər verir ki, “Marsonia”da forma geyən 25 yaşlı xorvat futbolçu Bruno Boban “Slavoniya”ilə qarşılaşmada sinəsinə dəyən top zərbəsindən sonra yerə yıxılıb.
Oyunu izləyən tamaşaçılar və komandanın doktoru şüurunu itirən oyunçunun başına yığışıb. Bir neçə dəqiqə sonra hadisə yerinə çatan təcili yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, gənc futbolçunu xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Boban ötən həftə “Varteks” komandası ilə oyunda vurduğu iki qol ilə komandasını 3-0 qalib etmişdi.
Bundan öncə ”Slavoniya” və “Zaqreb” komandalarının formasını geyən Bobanın ölümü azarkeşləri göz yaşlarına boğub.