7 Aprel 2018 21:13
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sonuncu oyununa çıxan "Trabzonspor"un baş məşqçisi Məhərrəm Usta qarşılaşma sonrası gözyaşlarını saxlaya bilməyib.

Teleqraf.com xəbər verir ki, baş məşqçi komandasından ayrılarkən, hisslərinə hakim olmağı bacarmayıb. "Trabzonspor"un "Kayserispor"u 4:0 məğlub etdiyi oyundan sonra Məhərrəm Usta deyib:

"Bu gün məni ən çox duyğulandıran Əbdülqadir oldu".

Gözyaşlarına hakim ola bilməyən baş məşqçi "İnsanlar gəlib-gedir. "Trabzonspor"a neçə baş məşqçilər gəldi-getdi. Gecə-gündüz çalışdıq burada. Əbdülqadiri xatırlayıram. Məni bu gün ən çox təsirləndirən də elə budur" deyib.

Məhərrəm Usta baş məşqçilik dövründə yaddan çıxarmayacağı bir hadisəni də danışıb: "Rizə bizim qardaş şəhərimizdir. Mən həqiqətən iki şəhərin qardaşlığını birləşdirmək üçün əlimdən gələni etdim, lakin baş tutmadığını xatırladıqca hələ də kədərlənirəm. Məşqçilik dövründə ən çox kədərləndiyim anlardan biri də budur. Rizə xalqı bunu bilsin".


Müəllif: Natiq Həziquliyev

Oxşar xəbərlər