İngiltərə Premyer Liqasında ayın ən yaxşı futbolçusunun adı bəlli olub.
Teleqraf.com xəbər verir ki, ayın ən yaxşısı “Liverpul”un yarımmüdafiəçisi Məhəmməd Salah seçilib.
Misirli futbolçu mart ayındakı çıxışı sayəsində azarkeşlərin səslərinin 80%-ni toplayıb.
O, mart ayında 4 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Salah bu mövsüm artıq 4-cü dəfədir ayın ən yaxşı oyunçusu adına layiq görülür.