FİFA-nın rəsmi "Feysbuk" səhifəsində azarkeşlər arasında dünya çempionatlarının ən gözəl qolu ilə bağlı keçirdiyi sorğu başa çatıb.
Teleqraf.com-un məlumatına görə, martın 31-dən aprelin 9-a kimi azarkeşlər arasında aparılan səsvermənin yekun nəticəsinə əsasən, Meksika millisinin sabiq futbolçusu Manuel Neqretenin DÇ-1986-da Bolqarıstanın qapısından keçirdiyi top mundiallar tarixinin ən yaxşısı olub.
Qeyd edək ki, 2-ci yeri Braziliya millisinin sabiq üzvü Ederin DÇ-1982-də SSRİ yığmasına vurduğu qol tutub.