Formula 1 üzrə Azərbaycan Qran Prisi başa çatıb.
Teleqraf.com xəbər verir ki, "Mersedes" klubunun pilotu Luis Hemilton 1:46.842 nəticə ilə hamıdan üstün olub.
İkinci pillədə 1:46.675 göstərici ilə "Ferrari"dən Kimi Raykonnen, üçüncü pillədə isə 1.46.206 göstərici ilə "Force India"-dan Serxio Perez qərarlaşıb.
Qeyd edək ki, bu, Hemiltonun karyerasında qazandığı 63-cü qələbədir.