1 İyun 2018 18:46
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın fransalı baş məşqçisi Zinəddin Zidan rəhbərliklə fikir ayrılığına görə komandadan gedib.

Teleqraf.com xəbər verir ki, o, transfer məsələsində Florentino Peres ilə ortaq məxrəcə gələ bilməyib.

Zidan xüsusi ilə Ronaldo və Beylin gələcəyi ilə bağlı qeyri-müəyyənliyin olmasına etiraz edib.

Fransız məşqçi eyni zamanda “Atletiko”dan qapıçı Kepu Arrisavalaqu, “Bavariya”dan Robert Levandovdski və PSJ-dən Neymarın transferinə razılıq verməyib.

Bundan əlavə rəhbərlik KİV-də Yoahim Löv və ya Mauriso Poçenttinonun baş məşqçi postuna gətitilməsi ilə bağlı xəbərlər yayılanda Zidana dəstək verməyib.


Müəllif: Ruslan

Oxşar xəbərlər