"Atletiko"nun futbolçusu Arda Turan yenə zədələnib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əzələsini dartan türk yarımmüdafiəçi məşqi yarımçıq tərk etmək məcburiyyətində qalıb. Tibbi müayinədən keçəcək oyunçunun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı barədə məlumat verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl A.Turan sağ ayaq əzələsində ağrılar səbəbindən məşqi tamamlaya bilməyib. Ancaq həmin vaxt onun zədəsinin ciddi olmadığı müəyyənləşib.