Sabah Rusiyada keçirilən dünya çempionatında İsveç millisi ilə qarşılaşacaq Cənubi Koreya millisinin məşqçisi ağlagəlməz taktikaya əl atıb.
Teleqraf.com-un məlumatına görə, Şin Tae-yong bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, oyunçularının forma nömrələrini dəyişməklə rəqibi çaş-baş salacaq: "Qərbdə bizi zahirən qarışıq salırlar və nömrələrlə oyunçularımızı tanıyırlar. Biz də bunu nəzərə alaraq isveçliləri aldatmaq qərarına gəldik və futbolçularımızın nömrələrini dəyişdirdik".