Portuqaliyalı ulduz Kriştiano Ronaldo Avropa milli komandaları arasında ən çox qol vuran oyunçu olub.
Teleqraf.com xəbər verir ki, o, Mərakeşlə qarşılaşmanın 4-cü dəqiqəsində fərqlənərək vurduğu qolların sayını 85-ə çatdırıb.
Bundan əvvəl ən yaxşı göstərici macarıstanlı Ferenç Puşkaşa məxsus idi.
Qeyd edək ki, bu qol Ronaldonu DÇ-də bombardirliyə yüksəldib.