“Qarabağ” bu gün Çempionlar Liqasında mübarizəyə qoşulub.
Teleqraf.com-un məlumatına görə, Ağdam klubu birinci təsnifat mərhələsinin ilk matçında səfərdə “Olimpiya”nın qonağı olub. Qurban Qurbanovun komandası mübarizəyə Sloveniyada start verib.
Görüş təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.
Çempionlar Liqası, I təsnifat mərhələsi
İlk oyun
11 iyul
22:00. “Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Donald Gerrye, 79
Qırmızı vərəqələr: İssah Abass, 85 ("Olimpiya"), Qara Qarayev, 90+1 ("Qarabağ")
Baş hakim: Lourense Visser (Belçika)