15 İyul 2018 22:27
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatında qızıl buts, turnirin ən gənc oyunçusu, qızıl top və qızıl əlcək mükafatlarının sahibi müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, qızıl butsu İngiltərə millisinin hücumçusu Hari Keyn alıb. “Totenhem”in futbolçusu hamıdan çox - altı qol vurub.

Ən gənc oyunçu mükafatı 19 yaşlı Kilian Mbapeyə (Fransa) verilib. Qızıl əlcəyin sahibi qapıçı Tibo Kurtua (Belçika) olub. Qızıl top isə Luka Modriçə (Xorvatiya) verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər