"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan çempionu səfərdə Albaniyanın "Kukesi" komandası ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu avqustun 1-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da start götürəcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyun
25 iyul
21:00. "Kukesi" (Albaniya) – "Qarabağ" (Azərbaycan) - 0:0
Baş hakim: Ola Hobber Nilsen
Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Qeyr Oskar İsaksen
Dördüncü hakim: Kay Erik Stin (hamısı Norveç)
Hakim-inspektor: Xuan Antonio Fernandes Marin (İspaniya)
UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya)
Şkoder. "Loro Boriçi" stadionu.