15 Avqust 2018 01:34
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gözlədiyimiz kimi, çətin oyun alındı. Yaxşı ki, ilk qolu vuraraq, kiçik üstünlük əldə etdik".

Teleqraf.com xəbər verir ki, bunu Belarusun BATE komandasının baş məşqçisi Aleksey Baqa "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra "Belarus 5" telekanalına açıqlamasında deyib.

Bakıda 1:0 hesabı ilə qalib gəldikləri üçün mərhələ adlayan Borisov təmsilçisinin baş məşqçisi bildirib ki, ilk yarı komandası üçün asan keçib. O, güclü komanda kimi dəyərləndirdiyi "Qarabağ"ın final fitinədək təslim olmadığını əlavə edib.

BATE Çempionlar Liqasının "play-off" mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. "Qarabağ" isə Avropa Liqasının "play-off" mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər