"Zirə"nin baş məşqçisi Ayxan Abbasov istefa verib.
Teleqraf.com klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, dünən klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib.
Qeyd edək ki, "Zirə" Premyer Liqada bu mövsüm keçirdiyi 2 oyundan cəmi 1 xal qazanıb.
Xatırladaq ki, A.Abbasov 2016-cı ilin dekabrından "Zirə"ni çalışdırırdı.