11 Oktyabr 2018 19:28
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.

Bu barədə Teleqraf.com-a Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidmətindən məlumat verilib. 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.

O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.

F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.


Müəllif: Teleqraf.com