20 Oktyabr 2018 07:51
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA İngiltərənin "Mançester Yunayted" klubunu cərimələyib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Valensiya" ilə oyunun vaxtına başlamamasına görə, klub 15 min avro məbləğində cərimələnib. Oyunun gecikməsinə səbəb "qırmızı şeytanlar"ı daşıyan avtobusun tıxaca düşməsidir.

Qeyd edək ki, sözügedən oyunda "Valensiya" azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyi üçün ispanlar da min avro məbləğində cərimələniblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər