13 Noyabr 2018 10:32
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” futbol klubundan 3 oyunçu İran milli komandasının təlim-məşq toplanışına çağırılıb.

Teleqraf.com xəbər verir ki, Məsud Şücayi, Əşkan Dejaqe və Ehsan Hacsəfi İran millisinin baş məşqçisi Karlos Keyruş tərəfindən komandaya dəvət olunub.

Lakin Əlirza Cahanbəxş, Səid İzzətullahi, Murtaza Purəli Gənci və Pejman Müntəzeri kimi ölkənin ən məşhur oyunçularının milliyə dəvət almaması diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu