"Beşiktaş" klubu "Sumqayıt"ın futbolçusu olan "Azəri Messi" ləqəbli Nihat Əhmədzadəni heyətinə qatıb.
Teleqraf.com xəbər verir ki, uşaq futboluna önəm verən İstanbul təmsilçisi "Sumqayıt"ın U-12 yaş qrupunda çıxış edən Nihat Əhmədzadəni rənglərinə bağlayıb.
"Azəri Messi" ləqəbi verilən 2006-ci il təvəllüdlü oyunçu "Mançester Yunayted"in seçmələrində də yer alıb.
Lakin ailəsi onun Türkiyəyə getməsinə razılıq verib.