"Milan"ın "Los Anceles Qelaksi"nin futbolçusu Zlatan İbrahimoviçi transfer etməyəcəyi rəsmiləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun idman direktoru Leonardo məlumat verib. O, isveçli hücumçunun "Milan"a qayıtmayacağını deyib: "İbrahimviç "Milan"a qayıtmayacaq.Kluba geri dönməyini düşündük. Amma MLS-də qalmaq qərarı verdi".
Qeyd edək ki, Zlatan İbrahimoviç 2010-2012-ci illərdə İtaliya təmsilçisində çıxış edib.