27 Dekabr 2018 23:54
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Futbol Federasiyası "İnter" klubunu cəzalandırıb.

Teleqraf.com xəbər verir ki, komanda növbəti iki ev oyununu boş tribunalar önündə oynayacaq.

Buna klub azarkeşlərinin A Seriyasının XVIII turunda evdə "Napoli" ilə matçdakı davranışları səbəb olub. Oyun zamanı meydan sahiblərinin fanatları rəqibin futbolçusu Kalidu Kulibaliyə qarşı irqçi ifadələr işlədiblər.

Qeyd edək ki, görüş "İnter"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər