Almaniya millisinin futbolçusu Tomas Müller komandanın kapitanı olmaq istəmir.
Qol.Az-ın xəbərinə görə, bu barədə təcrübəli oyunçu "Bild"ə açıqlamasında deyib.
Filip Lamın millidən getməsindən sonra kapitanlığa namizədlərdən biri hesab edilən T.Müller bildirib ki, Bastian Şvaynştayger və Manuel Noyer kapitan olmağa daha çox layiqdirlər:
"Komandanın lideri olmaq üçün kapitan olmağa ehtiyac yoxdur. Almaniya millisinin kapitanı olmaq istəmirəm. Kapitanlıq sarğısını Şvaynştayger və ya Noyer daşımalıdır".